Bank Of Baku

Araz Əzimov: “Terrorçuluğa qarşı birgə mübarizə erməni terroruna məruz qalan ölkə kimi, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

Araz Əzimov: “Terrorçuluğa qarşı birgə mübarizə erməni terroruna məruz qalan ölkə kimi, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”
# 14 fevral 2008 15:26 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi töhfəni və xüsusilə ABŞ-ın apardığı antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirən qonaq bu əməkdaşlığı davam etdirməyin zəruriliyini qeyd edib.
Öz növbəsində, A. Əzimov terrorizmlə mübarizədə beynəlxalq cəmiyyətin birgə səylərinin vacibliyini qeyd edərək terror qruplarının bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini bildirib. Bu baxımdan, hər bir terror qrupunun bütövlükdə beynəlxalq cəmiyyət üçün təhdid yaratdığını qeyd edən nazir müavini terrorçuluğa qarşı birgə mübarizənin vacibliyini vurğulayıb. A. Əzimov erməni terroruna məruz qalan ölkə kimi, bu əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib. O, terrorun separatizm və ekstremizmlə əlaqəli olduğunu, habelə mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, silah və insan alveri, çirkli pulların yuyulması kimi cinayət hallarının artmasına səbəb olduğunu vurğulayıb. Nazir müavini bütün bu halların birgə əməkdaşlığı zəruri etdiyini diqqətə çatdırıb. A. Əzimov bu baxımdan, Azərbaycanın həm də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, NATO daxilində də bütün səylərini bu mübarizəyə yönəltdiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR