Bank Of Baku

Lalə Şövkət Hacıyeva: “Mətbuat boykot məsələsində “Azadlıq” blokuna dəstək vermir”

Lalə Şövkət Hacıyeva: “Mətbuat boykot məsələsində “Azadlıq” blokuna dəstək vermir”
# 14 fevral 2008 15:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ““Azadlıq” bloku prezident seçkilərində iştirak etmək qərarı versə, blokun namizədinin müəyyənləşməsində problem olmayacaq”. APA-nın məlumatına görə, bu fikirlər Milli Birlik Hərəkatının lideri Lalə Şövkətə məxsusdur. Onun sözlərinə görə, əgər Azərbaycanda cuzi də olsa demokratik şərait yaransa, blok seçkilərə qatılacaq: “Namizəd məsələsində isə razılığa gələcəyik. Bizim aramızda bu məsələdə heç bir qarşıdurma olmayacaq. Çünki dəfələrlə mən demişəm ki, “Əli bəy keç qabağa, mən sənə oğlum kimi baxıram”. Dəfələrlə Əli Kərimli deyib ki, “Lalə xanım keçsin qabağa”. Yəni bizim münasibətlərimiz səmimiyyət və hörmət üzərində qurulub”. Lalə Şövkət şəraitin dəyişməyəcəyi halda seçkilərin boykot olunacağını bildirib. O, mətbuatın boykot məsələsində bloka dəstək vermədiyini də deyib: “Rusiyada bir neçə müxalifət lideri seçkiləri boykot etdi. Hətta ATƏT buradakı seçkilərin müşahidəsindən imtina elədi. Bütün dünya mətbuatı bu məsələdə Rusiya boykotçularını dəstəklədi. Azərbaycan mətbuatı isə fikirləşir ki, biz seçkilərdə dekorasiya rolunu özümüzə yaraşdıra bilərik. Mən isə deyirəm ki, biz bunu özümüzə yaraşdırmırıq”. Blokdakı partiyaların əvvəlki seçkilərdə iştirakına gəldikdə, L. Şövkət bildirib ki, o zaman seçkilərin demokratik keçiriləcəyi ilə bağlı ümidlər vardı: “Amma 2005-ci il parlament seçkilərinin nəticəsi göstərdi ki, ölkədə demokratik seçki şəraiti yoxdur və indiki seçkilər də nəticəsi əvvəldən bəlli olan bir tamaşadır”. Beynəlxalq təşkilatların müxalifəti seçkilərdə iştiraka çağırması ilə bağlı bəyanatlara gəldikdə, L. Şövkət bunların yalnız diplomatik çağırışlar olduğunu deyib: “Heç bir xarici diplomat deyə bilməz ki, mən boykotun tərəfdarıyam. Rusiyada da heç bir diplomat seçkidən əvvəl belə ifadə işlətmədi. Diplomatik dildə bunu demirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR