Bank Of Baku

“Müxalifətçilik fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmaq üçün Müsavat və AXCP-yə göndərilib

“Müxalifətçilik fəaliyyəti haqqında” qanun layihəsi müzakirə olunmaq üçün Müsavat və AXCP-yə göndərilib
# 14 fevral 2008 16:21 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA. “Müxalifətçilik fəaliyyəti haqqında” qanun layihəsi artıq hazırdır”. Bu açıqlamanı APA-ya millət vəkili, parlamentdə “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn verib. Onun sözlərinə görə, bu qanunda müxalifətçilik fəaliyyətinin formaları və növləri əks olunub: “Qanun layihəsində müxalifət partiyalarının qərargahla təmin edilmələri, onlara dövlət televiziya və radiosunda efir vaxtı ayrılması, eləcə də dövlət büdcəsindən maliyyələşən rəsmi qurumlarda müxalifət partiyalarının üzvləri üçün kvota ayrılması nəzərdə tutulur”. P. Hüseyn bildirib ki, qanun layihəsində müxalifətçi deputatların parlament fəaliyyəti ilə bağlı bir çox məsələlər, o cümlədən Milli Məclisin komissiyalarının rəhbərliyində təmsil olunmaq məsələsinə də yer verilib: “Dünyanın bir sıra inkişaf etmiş demokratik ölkələri müxalifət partiyalarının fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul ediblər. Bu qanunun Azərbaycanda da qəbul olunması demokratik inkişaf baxımından böyük əhəmiyyətə malikdir”. P. Hüseyn qanun layihəsini rəy bildirmək üçün Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasına göndərdiklərini söyləyib. O, “Müxalifətçilik fəaliyyəti haqqında” qanun layihəsini baxılması üçün sabah Milli Məclisə təqdim edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR