Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Hüseyn Avni Karslıoğlunu qəbul edib

Azərbaycan Milli Məclisinin sədri Hüseyn Avni Karslıoğlunu qəbul edib
# 15 fevral 2008 09:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Hüseyn Avni Karslıoğlunu qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə spiker səfir Karslıoğluna Azərbaycanda işlədiyi müddətdə iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib. O. Əsədov diplomata yeni təyin olunduğu vəzifədə uğurla fəaliyyət göstərməsini arzulayıb. Səfir Karslıoğluna Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnun olduğunu, gələcəkdə iki ölkənin daha da yaxınlaşması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR