Bank Of Baku

Qurban Məmmədov: “Sərdar Cəlaloğlu prezidentliyə namizəd olmasa, öz namizədliyimi irəli sürəcəyəm”

Qurban Məmmədov: “Sərdar Cəlaloğlu prezidentliyə namizəd olmasa, öz namizədliyimi irəli sürəcəyəm”
# 15 fevral 2008 09:44 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. “Sərdar Cəlaloğlu obyektiv səbəblərdən prezidentliyə namizədliyini irəli sürə bilməsə, mən öz namizədliyimi irəli sürəcəyəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) funksioneri Qurban Məmmədov deyib. O bildirib ki, müxalifət liderlərindən heç birinin şansı Sərdar Cəlaloğlunun şansından yüksək deyil: “Bütün müxalifəti Sərdar bəyin ətrafında birləşməyə çağırıram. Hesab edirəm ki, müxalifət bu addımı atsa, uğura nail olar”. Q. Məmmədov Azərbaycanda mövcud olan şəraitdə müxalifətin şansını normal dəyərləndirməyin mümkünsüzlüyünü vurğulayıb: “Çünki Azərbaycanda hələ normal seçki qanunu və seçki komissiyaları yoxdur. Bunlar olsa, müxalifətin qələbə çalacağı şübhəsizdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR