Bank Of Baku

“907-ci düzəliş”in qüvvəsini müvəqqəti dayandırması haqqında qanun layihəsinin müəllifi olan ABŞ senatoru Azərbaycana gələcək

“907-ci düzəliş”in qüvvəsini müvəqqəti dayandırması haqqında qanun layihəsinin müəllifi olan ABŞ senatoru Azərbaycana gələcək
# 15 fevral 2008 10:19 (UTC +04:00)
X. İbrahimin sözlərinə görə, senator Bakıda müxtəlif görüşlər keçirəcək. Onun Xarici İşlər Nazirliyinin rəhbərləri ilə və XİN Diplomatik Akademiyasında görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Sem Braunbek ABŞ Konqresində Azərbaycanla bağlı ölkə ərazisindən keçən Tarixi İpək Yolunun bərpasına yardımı nəzərdə tutan İpək Yolu Strategiyası Aktının (1999) müəllifidir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ prezidentinə “907-ci düzəliş”in qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən qanun layihəsi də Sem Braunbek tərəfindən hazırlanıb. 2001-ci ilin sentyabrında hazırlanan həmin təklif oktyabrda Senata təqdim olunub. Prezident Buş 2002-ci ilin yanvarından “907-ci düzəliş”in qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edib. Bu qərar son beş ildə qüvvədə qalıb. Bundan başqa, Sem Braunbek ABŞ-da Azərbaycan üçün lobbiçilik fəaliyyəti göstərir. 2003-cü ilin dekabrın 15-də o, Heydər Əliyevin dəfn mərasimində iştirak üçün ABŞ nümayəndə heyətinin tərkibində Azərbaycana gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR