Bank Of Baku

AŞ PA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib

AŞ PA Bürosu Avropa İnsan Haqları Məhkəməsinin hakimliyinə Azərbaycandan olan namizədlərin siyahısını təsdiqləyib
# 14 aprel 2008 11:11 (UTC +04:00)
Bu barədə APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözləri nə görə, büro Azərbaycandan olan hakimlərlə bağlı siyahını təsdiqləyib. S. Seyidov onu da deyib ki, alt komitənin də qərarı əsasında büro iştirakçıları Xanlar Hacıyevi ən təcrübəli və qəbul olunacaq namizəd kimi gördüklərini deyiblər. Azərbaycanın Avropa Məhkəməsinə hakiminin təsdiqlənməsi ilə bağlı səsvermə sabah AŞ PA sessiyasında keçiriləcək.
Qeyd edək ki, bu il martın 13-də Avropa İnsan Hüquqları Məhkəməsinin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində Azərbaycandan bu quruma hakimliyə namizəd göstərilən üç nəfərlə bağlı müsahibə keçirilib. Müsahibə tam konfidensial şəraitdə keçib. Alt Komitə müsahibənin yekunu kimi hakimliyə namizədlər haqqında rəy hazırlayaraq AŞ PA Bürosuna təqdim edib.
Müsahibədə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsi hakimi postuna namizəd göstərilmiş üç hakim - Xanlar Hacıyev, Rəşad Həsənov, Aygün Abdullayeva iştirak ediblər. Onlardan biri Azərbaycanı AİHM-də təmsil etmək hüququ qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR