Bank Of Baku

Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb

Azərbaycanın NATO ilə həyata keçirdiyi Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yenilənmiş variantının məzmunu açıqlanıb
# 14 aprel 2008 11:14 (UTC +04:00)
APA-nın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sənəd struktur etibarilə 4 fəsildən ibarətdir. “Siyasi və təhlükəsizlik məsələləri” adlanan I fəsildə Xarici siyasət strategiyası, Hərbi doktrina, Böhranların idarə edilməsi üzrə milli konsepsiya və Milli dəniz təhlükəsizliyi strategiyası kimi strateji planlaşdırma məqsədi daşıyan sənədlərin hazırlanması, regional təhlükəsizlik məsələləri və Azərbaycanın təhlükəsizlik siyasəti barədə NATO ilə məsləhətləşmələr aparması nəzərdə tutulub. “Müdafiə və hərbi məsələlər” adlanan II fəsildə Strateji müdafiə icmalının hazırlanması, Silahlı Qüvvələrdə müdafiə planlaşdırmasının inkişafı, maddi-texniki təminat və təchizat, habelə kadr və şəxsi heyət sistemlərinin təkmilləşdirilməsi, hərbi təlim və tədris sisteminin və Silahlı Qüvvələrin qərargah strukturlarının NATO standartlarına uyğunlaşdırılmasının davam etdirilməsi, sülhməramlı əməliyyatlar üçün cəlb edilən taburun tam komplektləşdirilməsi, Müdafiə Nazirliyinə mülki mütəxəssislərin cəlb edilməsi, Hərbi-Dəniz Qüvvələrinin imkanlarının artırılması kimi məqsədlər qarşıya qoyulub. “İctimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit” adlanan III fəsildə NATO Etimad fondu layihəsi çərçivəsində Ağstafa rayonunun Saloğlu kəndinin mərmi və partlamamış sursatlardan təmizlənməsi, Avroatlantik inteqrasiya məsələləri üzrə ictimai məlumatlandırma strategiyasının hazırlanması, “NATO həftələri”nin keçirilməsi, Azərbaycanda NATO Beynəlxalq Məktəbinin inkişaf etdirilməsi, avroatlantik mərkəzlərin yaradılması kimi məqsədlər qarşıya qoyulub. “İnzibati məsələlər, informasiya təhlükəsizliyi, resurslar və hüquqi məsələlər” adlanan IV fəsildə informasiya təhlükəsizliyini gücləndirəcək təhlükəsiz rabitə sistemlərinin qurulması, informasiya təhlükəsizliyinin müxtəlif aspektləri üzrə kadrların hazırlanması və s. məqsədlər nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR