Bank Of Baku

Aprelin 16-da Vyanada Minsk Qrupunun görüşü keçiriləcək - EKSKLÜZİV

Aprelin 16-da Vyanada  Minsk Qrupunun görüşü keçiriləcək - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 14 aprel 2008 11:43 (UTC +04:00)
Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov APA-ya eksklüziv açıqlamasında bildirib ki, görüşdə həmsədrlər (Metyu Braya, Bernar Fasie və Yuri Merzlyakov) Minsk Qrupunun üzvlərinə danışıqların vəziyyəti barədə məlumat verəcək, gələcək planlar müzakirə olunacaq. Regiona növbəti səfərləri barədə sualı cavablandıran Y. Merzlyakov deyib ki, bu məsələ də həmin görüşdə razılaşdırılacaq. Görüşü ATƏT-in fəaliyyətlə olan yeni sədri, Finlandiyanın xarici işlər naziriAleksandr Stabb aparacaq.
Xatırladaq ki, Minsk Qrupuna hazırda həmsədrlik edən ABŞ, Fransa və Rusiya ilə yanaşı, ATƏT-ə hazırda sədrlik edən ölkə kimi Finlandiya, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan, eləcə də Türkiyə, İsveç, Almaniya, İtaliya, Belarus və s. ölkələr daxildir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Minsk Qrupunun iclaslarına Azərbaycan və Ermənistan nümayəndələri qatılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR