Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının Kiyevdə keçiriləcək 18-ci iclasının proqramı açıqlanıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının Kiyevdə keçiriləcək 18-ci iclasının proqramı açıqlanıb
# 14 aprel 2008 11:44 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva, Turan Hüseynova - APA. Aprelin 17-də Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) xarici işlər nazirləri Şurasının 18-ci iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasda Ukraynanın təşkilata sədrliyinə yekun vurulacaq. Azərbaycan iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə təmsil olunacaq. İclasa Ukraynanın xarici işlər naziri Vladimir Oqrızkonun sədrlik edəcək. QDİƏT-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda sürətli inşaata dair qətnamə qəbul olunacaq, həmçinin bu sahədə islahatlarla bağlı müzakirələr aparılacaq. Bundan başqa, görüşdə Yunanıstan İnkişaf Fondu rəsmi şəkildə təsis olunacaq. Fond müxtəlif layihələrin reallaşması ilə məşğul olacaq. Bəzi ölkələrə QDİƏT-də müşahidəçi statusunun verilməsi, həmçinin QDİƏT-in Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinin də müzakirə olunacağı görüşün yekunlarına dair Kiyev Bəyannaməsi qəbul olunacaq. Bununla da, Ukrayna QDİƏT-ə sədrliyi Albaniyaya verəcək. Albaniyanın QDİƏT-ə sədrliyi 2008-ci ilin may ayının 1-dən başlayacaq, bu il oktyabrın 31-də isə bitəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR