Bank Of Baku

Luis Mariya de Puç: “AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq”

Luis Mariya de Puç: “AŞ PA-da Ermənistanda baş verən hadisələrlə bağlı sənəd qəbul olunacaq”
# 14 aprel 2008 12:42 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA prezidenti Ermənistanda baş verən son hadisələrə münasibət bildirib: “AŞ PA və şəxsən mən özüm qurumun rəhbəri kimi Ermənistandakı vəziyyətdən çox narahatıq. Biz bu istiqamətdə artıq müəyyən işlər aparmışıq və indi də vəziyyəti yaxşılaşdırmaq uçun yol tapmağa çalışırıq. Mən Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla Sankt-Peterburqdakı görüşüm zamanı Avropa Şurasının standartlarını ona bir daha anlatmağa çalışdım, qurumun bir çox prinsip və standartlarının Ermənistan tərəfindən pozulduğunu bildirdim. Əgər Ermənistan rəhbərliyi həqiqətən də Avropa Şurasının prinsiplərinin tərəfdarlarıdırsa və götürdüyü öhdəliklərə əməl etməyi düşünürsə, biz bu ölkənin pozulmuş bəzi elementləri bərpa etməsinə və standartlara uyğunlaşdırmasına çalışmalıyıq”. Ermənistanda baş verən hadisələrin sessiyada müzakirəyə çıxarılacağını qeyd edən AŞ PA prezidenti müzakirələrdən sonra tövsiyə xarakterli sənədin qəbul ediləcəyini, bununla da AŞ PA-nın öz mövqeyini ortaya qoyacağını vurğulayıb: “Biz inanırıq ki, Ermənistan qurumun prinsiplərini qəbul edir və yerinə yetirməyə çalışır. Lakin problemlərin olduğu halda, biz bütün digər dövlətlərə nümayiş etdirdiyimiz münasibəti Ermənistana da qarşı göstərəcək, rəsmi İrəvanın Avropa Şurasının standartlarını qəbul etməsində təkid edəcəyik”.
Gələn həftə Ermənistana səfər etməyi planlaşdırdığını diqqətə çatdıran Luis Mariya de Puç Azərbaycana da səfər edəcəyini deyib. Lakin o, Azərbaycana səfərinin dəqiq tarixinin hələlik məlum olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR