Bank Of Baku

Xələf Xələfov: “Türkmənistanla da, İranla da Xəzərdə bölgünün orta xətt prinsipi əsasında həyata keçirilməsi üzrə danışıqlar aparırıq”

Xələf Xələfov: “Türkmənistanla da, İranla da Xəzərdə bölgünün orta xətt prinsipi əsasında həyata keçirilməsi üzrə danışıqlar aparırıq”
# 14 aprel 2008 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov sabah 5 Xəzəryanı ölkənin işçi qrupunun Tehranda keçiriləcək görüşünə münasibət bildirərkən deyib. Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin statusu ilə bağlı razılaşmalar əldə olunduğunu və sazişlər imzalandığını xatırladan nazir müavini həmin sənədlərdə Xəzərin delimitasiyasının məhz orta xətt prinsipi əsasında aparılmasının nəzərdə tutulduğunu söyləyib: “Hüquqi qüvvəyə malik olan bu sənədlər 3 ölkənin bu istiqamətdə səylərini tənzimləyir. Digər ölkələrlə də məhz bu prinsiplər əsasında danışıqlar aparılır. Birmənalı deyə bilərəm ki, Türkmənistanla da, İranla da bölgünün orta xətt prinsipi əsasında həyata keçirilməsi üzrə danışıqlar aparırıq”. X. Xələfov orta xətt prinsipinin tətbiqində müxtəlif elementlərin, yanaşmaların olduğunu da vurğulayıb: “Gərək mövqeləri yaxınlaşdıraq və tam razılığa gələk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR