Bank Of Baku

Mixail Zabelin: “Azərbaycan televiziyasının verilişləri Rusiyada yayımlanacaq səviyyədə deyil”

Mixail Zabelin: “Azərbaycan televiziyasının verilişləri Rusiyada yayımlanacaq səviyyədə deyil”
# 14 aprel 2008 13:52 (UTC +04:00)
Bu, real görünmür”. APA-nın məlumatına görə, bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Əfrand Daşdəmirovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin deyib. O bildirib ki, telekanalın yayımlanması hansı ölkəyə daha çox lazımdırsa, həmin ölkə güzəştə getməlidir: “Bu, daha çox Azərbaycan tərəfi üçün gərəklidir. Hesab edirəm ki, Azərbaycan televiziyasının verilişləri xaricdə yayımlanacaq səviyyədə deyil. Bu verilişlər Rusiyada yumorla qarşılana bilər”. M. Zabelin Rusiya televiziyalarından Azərbaycanın Şən və Hazırcavablar Klubunun üzvlərinə veriliş aparmaq təklifi gəldiyini, amma təklifin qəbul olunmadığını, erməni parodistin isə təklifi qəbul edərək hazırda Rusiyanın aparıcı telekanallarının birində proqram apardığını söyləyib. Ə. Daşdəmirov da öz növbəsində bildirib ki, qloballaşan dünyada xarici dildən, xüsusən də rus dilindən imtina etmək olmaz: “Necə imtina edə bilərik ki, 200 il Rusiyanın tərkibində yaşamışıq? Mən rus dilini xarici dil hesab etmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR