Bank Of Baku

AŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər

AŞ PA parlamentarları Ermənistanın Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməsini tələb edirlər
# 14 aprel 2008 12:57 (UTC +04:00)
Ermənistanda keçirilmiş seçkilərdən sonra yaranmış vəziyyətlə bağlı çıxış edən Avropa Xalq Partiyasının üzvü, macarıstanlı deputat Nemet Zsolt kəskin danışıb. APA-nın Avropa bürosunun məlumatına görə, seçkilərdən sonrakı dövrdə dinc nümayişçilərə atəş açıldığını deyən N. Zsolt 9 nəfərin həlak olduğunu, 200 nəfərin siyasi motivlərlə həbs edildiyini bildirib: “Bundan sonra fövqəladə vəziyyət elan olundu. Ən pisi isə odur ki, Ermənistan hakimiyyəti Avropa Şurasının, Venesiya Komissiyasının rəyini almadan, onlara müraciət etmədən "Sərbəst toplaşma azadlığı haqqında” qanuna dəyişikliklər edib. Bu gün Ermənistan müxalifəti təkrar seçkilərin keçirilməsinin tələb edir və indiki prezidentin legitimliyini tanımır. Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları tapmaq, məsələni araşdırmaq ucun müxalifət nümayəndələrinin iştirakı ilə müstəqil araşdırma aparmalıdır. Ermənistan bunu etməsə, AŞ PA bunu edəcək. Ermənistandakı son seçkilər onu göstərdi ki, bu ölkənin Seçki Məcəlləsinə əsaslı dəyişikliklər edilməlidir”.
AŞ PA-nın Ermənistanda prezident seçkilərini izləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi qrupa rəhbərlik etmiş məruzəçi Con Preskot də çıxışında Ermənistanda prezident seçkiləri zamanı baş verən qarşıdurmada ölən və yaralananların olduğunu bildirib. O, dinc nümayişçilərə qarşı döyüş üçün nəzərdə tutulmuş bütün vasitələrdən istifadə olunduğunu deyib.
Qeyd edək ki, fasilədən sonra Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Ermənistandakı prezident seçkiləri ilə bağlı çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR