Bank Of Baku

Müsavat Partiyası mayın 4-nə mitinq təyin edib

Müsavat Partiyası mayın 4-nə mitinq təyin edib
# 14 aprel 2008 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının Divanı mayın 4-də mitinq keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiya ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalinin mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata təzyiqlərin dayandırılması tələbləri ilə keçiriləcək. Mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə üç yer keçmiş “Qələbə” kinoteatrının qarşısındakı meydan, “Nərimanov” kinoteatrının qarşısındakı meydan və Ukrayna meydanı təklif olunacaq. Şəhər rəhbərliyi hansı varianta razılaşsa, aksiya orada keçiriləcək. Divanın toplantısında mayın 3-də partiya Məclisinin növbəti iclasının keçirilməsi qərara alınıb və Azərbaycan Xalq Cümhuriyyətinin 90, Əbülfəz Elçibəyin 70 illik yubileylərinin qeyd olunması üçün İsa Qəmbərin rəhbərliyi ilə təşkilat komitəsi yaradılıb. Komitəyə təntənəli tədbirlər planı hazırlamaq həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR