Bank Of Baku

Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi: “Ruhani fəaliyyətimə məhdudiyyət qoyulması İran Konstitusiyasına ziddir”

Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi: “Ruhani fəaliyyətimə məhdudiyyət qoyulması İran Konstitusiyasına ziddir”
# 14 aprel 2008 15:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ruhani fəaliyyətimə və bu geyimdə hansısa tədbirdə iştirakıma məhdudiyyət qoyulması ilə bağlı məhkəmə qərarı həm İran Konstitusiyasına, həm də beynəlxalq insan haqlarına ziddir”. İranda yaşayan azərbaycanlıların haqlarının bərpası uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi APA-ya açıqlamasında deyib ki, onun barəsində bu ilin fevralında çıxarılan hökmlə bağlı yuxarı məhkəmə instansiyalarına müraciət etməyib və bu niyyəti də yoxdur. Barəsində bu günə qədər çıxarılan 3 məhkəmə qərarını siyasi sifariş hesab edən Qədimi yuxarı məhkəmə instansiyalarına edilən şikayətlərin də nəticəsiz olduğunu deyib: “Azərbaycanlıların hüquqlarını qorumaq ruhani fəaliyyətimlə bağlıdır. Hesab edirəm ki, bir millətin insani hüquqlarını tanımamaqla dinə və Allaha qarşı çıxırsan. Təəssüf ki, İran dövləti azərbaycanlıların milli haqlarının bərpası istiqamətində heç bir addım atmır. Bunu istəyən azərbaycanlılar isə dövlət qurumları tərəfindən təzyiqlərə məruz qalırlar”.
Qeyd edək ki, Ə. Ə. Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən iki il öncə Ə.Ə. Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR