Bank Of Baku

Səməd Seyidov: “Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?”

Səməd Seyidov: “Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bunlar nə vaxtdan Avropa Şurasının standartlarına daxildir?”
# 14 aprel 2008 17:02 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. S. Seyidov AŞ PA-nın Ermənistandakı prezident seçkilərini izləmiş missiyasına, habelə seçkilərdən sonra baş verənləri araşdırmaq üçün bu ölkəyə göndərdiyi missiyaya rəhbərlik etmiş məruzəşi Con Preskotun hazırladığı məruzə ilə razılaşmadığını deyib. Azərbaycanlı millət vəkili bildirib ki, Ermənistanda totalitar rejim hökm sürür: “Ermənistanda, ümumiyyətlə, seçki deyilən nəsə keçirilmədi. Bəlkə də Avropa Şurasının tarixində bu quruma üzv olan heç bir ölkədə orda baş verənlərə bənzər hadisələrə rast gəlinməyib. Biz Ermənistanda demokratik institutların fəaliyyətini müzakirə edəcəyik, amma bu müzakirənin adını Ermənistanda demokratik institutların fəaliyyətsizliyi adlandırsaq, daha yaxşı olar. Mən cənab Preskotun bu seçkilərlə bağlı hesabatını oxuduqdan sonra istərdim ki, əsasən seçkilərdən danışım. Cənab Preskot hesabatında belə yekun qənaətə gəlib ki, seçkilər Avropa Şurasının standartlarına uyğun keçirilib. Bu nə deməkdir, bu hansı standartlardır? Ermənistanda insanlar öldürülüb, yüzlərlə adam həbs edilib, bütün bu baş verənlər nə vaxtdan Avropa Şurasının standartlarına daxildir? Bəlkə Avropada yeni standartlar peyda olub, bizim xəbərimiz yoxdur? Bütün bunlarla yanaşı, həm də Avropa Şurasına heç olmasa bu müzakirələri təşkil etdiyi üçün təşəkkür edirəm. Mən hələ də başa düşə bilmirəm ki, Tibetdə bir neçə nəfər həlak olanda ayağa qalxan dünya Ermənistandakı bu qədər qəddar vəziyyətə niyə göz yumur? Biz elə etməliyik ki, bütün dünyanın Ermənistanda baş verənlərdən xəbəri olsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR