Bank Of Baku

Şuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub

Şuşada doğulmuş və Bakıda hərbi təhsil almış Seyran Ohanyan Ermənistanın müdafiə naziri təyin olunub
# 15 aprel 2008 07:50 (UTC +04:00)
S. Ohanyan 1962-ci ildə qədim Azərbaycan şəhəri Şuşada anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Almaniya Demokratik Respublikasında dislokasiya olunmuş sovet qoşunlarında xidmət edib, 1988-ci ildə Zaqafqaziya hərbi dairəsinə göndərilib. 1992-ci ilin aprelinə qədər Xankəndindəki 366-cı motoatıcı alayın tərkibində batalyon komandiri olub və Xocalı soyqırımının törədilməsində fəal iştirak edib. 1992-ci ilin sentyabrında döyüşlərdə ağır yaralanıb. 2007-ci ilin mayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunub.
Yeni xarici işlər naziri E. Nalbandyan isə 1956-cı ildə Ermənistanda doğulub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1988-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978-1983-cü illərdə SSRİ-nin Liviyadakı səfirliyində, 1983-1986-cı ildə SSRİ XİN aparatında çalışıb, 1986-1992-ci illərdə SSRİ-nin, sonra Rusiyanın Misirdəki səfirliyinin müşaviri, 1992-1993-cü illərdə Ermənistanın Misir, Mərakeş və Omandakı müvəqqəti işlər vəkili olub. 1999-cu ildən indiyədək Ermənistanın Fransadakı səfiri vəzifəsində çalışıb. Fransız, ingilis, ərəb dillərini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR