Bank Of Baku

AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb

AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı müzakirələr aparılmayıb
# 15 aprel 2008 10:44 (UTC +04:00)
İclasda iştirak edən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-nın Avropa bürosunun əməkdaşına verdiyi məlumata görə, iclasda əsasən Ermənistanda mövcud durum və Gürcüstanda seçkiqabağı vəziyyət müzakirə olunub. AŞ PA Monitorinq Komitəsinin ilk iclasında Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilməyib. AŞ PA-nın yaz sessiyası çərçivəsində Monitorinq Komitəsinin daha iki iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclaslarda Azərbaycanla bağlı müzakirələr aparılacaq. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin APA-nın Avropa bürosuna verdiyi məlumata görə, iclasda həmməruzəçilərin qurumun iyun sessiyasına qədər Azərbaycana səfəri məsələsi də müzakirə edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR