Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər

ABŞ-dakı Azərbaycan diasporasının rəhbərləri Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri ilə görüşüblər
# 15 aprel 2008 10:53 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbirdə iştirak edən İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Şariv, konqresmenlər Stiv İsrael, Harri Akerman, Nita Lovey, Yvett Klark, senator Ron Viden, eləcə də Nyu-York yəhudi icmasının Əlaqələr Şurasının nümayəndələri Yaxın Şərq sülh prosesi, ABŞ-la İsrailin qlobal terror və regional təhlükələr baxımından birgə maraqları barədə danışıblar. İştirakçılar mərasimə dəvət olunan Azərbaycan diasporasının nümayəndələrini salamlayıblar. Tədbirin gedişində Adil Bağırov və Cavid Hüseynov Konqresin xarici əməliyyatlar üzrə alt komitəsinin rəhbəri Nita Loveylə görüşüblər. Onlar Azərbaycanın Türkiyə ilə birlikdə ABŞ və İsraillə strateji müttəfiqlik yaradan iki dünyəvi müsəlman dövlətindən biri kimi Ağ Evin davamlı dəstəyinə layiq olduğunu söyləyiblər. Cəmiyyət rəhbərləri xanım Loveyə yəhudilərin uzun illər Azərbaycanda sülh və əmin-amanlıq içində yaşadığı barədə məlumat veriblər. Xatırladaq ki, bir müddət əvvəl Konqresin 39 ermənipərəst üzvü xanım Loveyə müraciət edərək 2009-cu ildə Azərbaycana ayrılan maddi yardımın azaldılmasını tələb ediblər. Diaspora üzvləri senator Ron Videnlə də görüş keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR