Bank Of Baku

Seçki komissiyalarının formalaşması qaydasına dəyişiklik edilməsə, Müsavat Partiyası komissiyalara nümayəndə göndərməyəcək

Seçki komissiyalarının formalaşması qaydasına dəyişiklik edilməsə, Müsavat Partiyası komissiyalara nümayəndə göndərməyəcək
# 15 aprel 2008 10:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasının seçki komissiyalarına nümayəndə göndərməsi Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı aparılan müzakirələrin nəticəsindən asılı olacaq. Seçki komissiyalarının formalaşması qaydasında əsaslı dəyişiklik olmasa, Müsavat komissiyalara nümayəndə göndərməyəcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı deyib. Partiyanın MSK-ya nümayəndə göndərməməklə bağlı qərarına dəyişiklik edəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən A. Hacılı bildirib ki, Müsavatın bununla bağlı uzun illərdir formalaşmış mövqeyi var: “Biz seçki komissiyalarının iddiaçı tərəflərin nümayəndələrindən təşkil olunmasını təklif edirik. Venesiya Komissiyası da komissiyaların iddiaçı tərəflərin razılaşdırdığı qaydada formalaşmasını istəyir. Dolayısı ilə bu təkliflər bir-birinə yaxındır. İddiaçı tərəfdən biri bizik və tələb edirik ki, komissiyalar paritet əsaslarla formalaşsın. Bu qayda təkcə MSK-ya yox, bütün komissiyalara aid olmalı, komissiya sədrləri, müavinlər, katiblər də paritet əsasla müəyyənləşməlidir”. A. Hacılı hazırda Müsavat Partiyasında MSK-ya nümayəndə göndərmək məsələsinin aktual olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR