Bank Of Baku

Valeri Çeçelaşvili: “GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq”

Valeri Çeçelaşvili: “GUAM ərazisində münaqişələrlə bağlı qətnamə layihəsini lazım bildikdə səsverməyə çıxaracağıq”
# 15 aprel 2008 11:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib. O bildirib ki, bu istiqamətdə iş davam etdirilir: “Biz ardıcıl şəkildə və səbirlə dünya birliyinin bütün üzvlərinə münaqişələrin nizamlanması məsələsində GUAM-ın prioritet və prinsiplərinin nədən ibarət olduğunu izah edirik. Ümid edirik ki, bu qətnamənin qəbulu üçün dövlətlərin əksəriyyətinin müsbət rəyini alacağıq”. Valeri Çeçelaşvili adı çəkilən qətnamənin BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində müzakirəsini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR