Bank Of Baku

“Azadlıq” bloku paytaxtın mərkəzindən kənardakı meydanlarda kütləvi aksiyalar keçirməyəcək

“Azadlıq” bloku paytaxtın mərkəzindən kənardakı meydanlarda kütləvi aksiyalar keçirməyəcək
# 15 aprel 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. ““Azadlıq” bloku şəhərin kənarındakı meydanlarda kütləvi aksiyalar keçirməyəcək. Blok bundan əvvəl keçirdiyi mitinqləri şəhərin mərkəzi meydanlarına təyin edib, bundan sonra da belə olacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov deyib. Onun sözlərinə görə, blok Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı parlamentdə aparılan müzakirələr yekunlaşmayana qədər aksiya keçirməyi düşünmür. Mitinqlərə qanuna dəyişikliklər bloku qane etməyəcəyi təqdirdə start veriləcək: “Biz Ukrayna meydanından birmənalı imtina edirik. Keçmiş “Qələbə” kinoteatrının qarşısındakı meydanda isə hazırda aksiya keçirmək mümkün deyil. Yenə də mərkəzi meydanlar üçün müraciət edəcəyik, hakimiyyət razılıq verməsə də, razılaşdırılmamış aksiyalar keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR