Bank Of Baku

Alan Vaddams: “Azərbaycanın öhdəliklərini həyata keçirməsi ilə bağlı həm müsbət, həm də mənfi nəticələr var”

Alan Vaddams: “Azərbaycanın öhdəliklərini həyata keçirməsi ilə bağlı həm müsbət, həm də mənfi nəticələr var”
# 15 aprel 2008 11:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzaladığı Fəaliyyət Planına uyğun olaraq atdığı bir sıra addımlar tərəqqi hesab edilə bilər”. APA-nın məlumatına görə, bunu Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams deyib. O, Fəaliyyət Planının müddətinin 5 il olduğunu və bu müddətin 1 ilinin arxada qaldığını xatırladıb: “Öhdəliklərin həyata keçirilməsində həm müsbət, həm də mənfi nəticələr var. Məsələn, narkomaniya ilə mübarizədə Azərbaycan lazım olan bütün addımları atıb. İqtisadi göstəricilərdə isə müəyyən tərəqqi olsa da, bunun səviyyəsi çox da yüksək deyil”. A. Vaddams sərbəst toplaşmaq hüququ, söz və media azadlığı sahəsində problemlərin qaldığını söyləyib: “Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən də biri bu məsələdir. Lakin demokratikləşmə prosesində, insan haqları ilə bağlı müəyyən problemlər hələ də yaşanmaqdadır”. Səfir Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində narkotik bitkilərin becərilməsi ilə bağlı Azərbaycan rəsmilərinin açıqlamalarına münasibət bildirməyib: “Bu barədə məlumatsız olduğum üçün heç bir fikir söyləyə bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR