Bank Of Baku

İsa Qəmbər sabah Almaniyaya səfər edəcək

İsa Qəmbər sabah Almaniyaya səfər edəcək
# 15 aprel 2008 12:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər sabah Almaniyaya səfər edəcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Qəmbər Fridrix Nauman Fondunun və ABŞ-ın Marşall Fondunun təşkil edəcəyi konfransda iştirak edəcək. O, tədbirdə “Cənubi Qafqaz : geopolitik maraqlar və çoxtərəfli təhlükəsizlik”, “Postsovet məkanında demokratikləşmə və avtoritarizm meyllərinin mübarizəsi” mövzularında təşkil olunacaq diskussiyalarda iştirak edəcək. Səfər çərçivəsində İ. Qəmbərin Almaniya və digər ölkələrdən olan siyasətçilərlə görüşü nəzərdə tutulub. Müsavat başqanı Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu tərəfindən bu ölkəyə dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR