Bank Of Baku

Asim Mollazadə Dünya Demokratik Hərəkatının Kiyevdə keçirilən 5-ci Assambleyasında iştirak edib

Asim Mollazadə Dünya Demokratik Hərəkatının Kiyevdə keçirilən 5-ci Assambleyasında iştirak edib
# 15 aprel 2008 12:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Demokratik Hərəkatının (DDH) Kiyevdə keçirilən 5-ci Assambleyasında GUAM-ın nəzdində vətəndaş cəmiyyəti sisteminin möhkəmlənməsi və inkişafı ilə bağlı işçi qrup yaradılıb. Demokratik İslahatlar Partiyasının (DİP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, assambleyada iştirak edən partiya sədri Asim Mollazadə bildirib ki, DDH-nın assambleyasında GUAM ölkələrinin vətəndaş cəmiyyətlərinin bir neçə istiqamətdə fəaliyyətlərini koordinasiya etməsi ilə bağlı razılıq əldə olunub. Assambleyada GUAM-ın nəzdində vətəndaş cəmiyyəti sisteminin möhkəmlənməsi və inkişafı ilə bağlı işçi qrup yaradılıb. İşçi qrupda GUAM ərazisində mövcud olan vətəndaş cəmiyyəti təşkilatlarının dörd istiqamətdə birgə fəaliyyət sahələri müəyyənləşdirilib. GUAM ərazisində mövcud olan münaqişələrin və onların yaratdığı problemlərin həlli istiqamətində vətəndaş cəmiyyətlərinin əməkdaşlığı məsələsi də Assambleyanın gündəmində olub. DİP mətbuat xidmətindən o da bildirilib ki, A. Mollazadə assambleya çərçivəsində Ukrayna parlamentinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq institutların rəhbərləri ilə görüşüb. Assambleyanın işində iştirak edən Ukrayna prezidenti Viktor Yuşşenko isə öz çıxışında demokratik inkişaf, regional əməkdaşlıq və Avroatlantik məkana inteqrasiya ilə bağlı Ukraynanın qarşısında duran məsələlərə toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR