Bank Of Baku

“Azadlıq Çırağı Azərbaycan” adlı yeni təşkilat təsis olunub

“Azadlıq Çırağı Azərbaycan” adlı yeni təşkilat təsis olunub
# 15 aprel 2008 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan “Azad düşüncələr” Assosiasiyası ABŞ-da yerləşən Keyto İnstitutunun İnsan Hüquqlarının Dəstəklənməsi üzrə Mərkəzi ilə birgə “Azadlıq Çırağı Azərbaycan” adlı yeni təşkilat təsis edib. Bu barədə APA-ya www.azadliqciragi.org veb-saytının rəhbəri Tural Vəliyev məlumat verib. Onun sözlərinə görə, qurumun həyata keçirəcəyi layihə Azərbaycan, İran, Gürcüstan, Rusiya və regionun başqa ölkələrini əhatə edəcək. Bu, fərdi azadlıq, qanunçuluq, tolerantlıq və sülh ideyalarına dəstək verən Azərbaycan gənclərinin təmsil olunduğu bir qrupdur. O, qrup çərçivəsində yaradılan www.azadliqciragi.org veb-saytında məqalələrin, radio, interaktiv xəritələr və başqa bölmələrin fəaliyyətə başladığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR