Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək

Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayı mayın 23-25-də Kölndə keçiriləcək
# 15 aprel 2008 13:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı bu il mayın 23-25-də Almaniyanın Köln şəhərində keçiriləcək. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK informasiya xidmətinin rəhbəri Rəşad Xasayoğlunun APA-ya verdiyi məlumata görə, bu barədə qərar qurumun İdarə Heyətinin aprelin 14-də keçirilən toplantısında verilib. Qurultayın son iş günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə və 2006-cı ilin mayında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrə həsr olunacaq. Qeyd edək ki, 2008-ci ilin martın 4-də DAK İdarə Heyətinin toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və DAK sədrinin vəzifəsinin icrası qurum sədrinin birinci müavini Sabir Rüstəmxanlıya tapşırılıb. Hazırda Qulamrza Səbri Təbrizinin və Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçirməyə hazırlaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR