Bank Of Baku

Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti görüşü keçirilir

Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti görüşü keçirilir
# 15 aprel 2008 13:56 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva, Turan Hüseynova APA. Bu gün Tehranda Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti beştərəfli görüşü başlayıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, toplantının açılışında çıxış edən İranın xarici işlər naziri Mənuçöhr Mottaki bildirib ki, Xəzərin hüquqi statusu bütün Xəzəryanı ölkə xalqlarının maraqlarına uyğun müəyyənləşdirilməlidir. Xəzəryanı ölkələrin dövlət başçılarının 2007-ci ilin oktyabrında keçirilmiş sammitinin çox uğurlu olduğunu vurğulayan M. Mottaki ölkələri həmin sammitin yekunları əsasında hərəkət etməyə çağırıb: “Xəzər bölgəsi ölkələri bir-birinin maraqlarına, dənizdə təhlükəsizliyə və sabitliyə, ətraf mühit məsələlərinə, iqtisadi inkişafa xüsusi diqqət yetirməli, dənizin ehtiyatlarını ədalətlə bölüb istifadə etməlidir”.
Qeyd edək ki, Tehrandakı yığıncaqda sahilyanı ölkələrin birinci konfransının, xarici işlər nazirlərinin görüşünün keçirilməsi, eləcə də Bakıda keçiriləcək 3-cü sammitlə bağlı məsələlər də müzakirə olunacaq. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR