Bank Of Baku

Andres Herkel: “Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm”

Andres Herkel: “Ermənistanla müqayisədə Azərbaycana qarşı ikili standartlardan çıxış olunması iddiası ilə razılaşmaya bilmərəm”
# 15 aprel 2008 14:18 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. O, Rusiya və Ermənistanda seçkilərdən sonrakı vəziyyətlə bağlı keçirilən müzakirələrdə Ermənistana qarşı kəskin mövqe tutmadığını bildirib: “Rusiyaya gəldikdə isə hesab edirəm ki, uzun müddət bu ölkə ilə bağlı elə də ciddi bir hesabat hazırlanmayıb və bu vəziyyət monitorinq altında olan ölkələr üzrə mütəmadi hesabatların hazırlanması prinsipinə uyğun deyil. Təbii ki, mənim əsas vəzifəm ilk növbədə Azərbaycanla məşğul olmaqdır. Bununla bağlı mən istər plenar iclaslar, yaxud komitə iclasları vaxtı digər ölkə ilə də bağlı öz tənqidi fikirlərimi bildirirəm. Ümumilikdə iş formatı səviyyəsində AŞ PA-da ikili standartlar siyasətinin olduğunu düşünmürəm. Amma Assambleya bəzi ölkələrin öz öhdəliklərini yerinə yetirməsinə qətiyyətlə yanaşmır və bu zaman ikili standartlardan yanaşma hallarını müşahidə etmək mümkündür. Ermənistana gəldikdə, məni əsasən narahat edən məqam odur ki, bu ölkədə hökumət gücdən qeyri-adekvat istifadə edib və küçə döyüşlərindən sonra məsələnin ciddiliyini anlamağa başlayıblar. Bu hal Ermənistandakı problemlərin olmadığı digər ölkələrdə də müxalifətin hakimiyyəti seçkilər yolu ilə deyil, güc yolu ilə ələ keçirməsi üçün siqnal rolunu oynaya bilər. Amma mən ilk növbədə Azərbaycanla bağlı məsələlərlə məşğulam və ölkənizlə bağlı işləri mütəmadi müstəviyə keçirmək istəyirəm”.
Andres Herkel həmməruzəçilərin Azərbaycana səfərinin vaxtının dəqiqləşmədiyini deyib: “Güman edirəm ki, mayın ortasında səfər edəcəyik. Səfərin AŞ PA-nın iyun sessiyasına qədər reallaşması vacibdir”. Andres Herkel Azərbaycanda jurnalistlərin həbsinin ən narahatedici məqam olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlər həll olunsa, həmməruzəçilər Dağlıq Qarabağdan qaçqın düşmüş qaçqınların hüquqlarının müdafiəsi məsələsi ilə məşğul ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR