Bank Of Baku

Pyer Helq: “İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik”

Pyer Helq: “İsveçrə GUAM-da müşahidəçi statusu ilə təmsilçiliyə dəvət olunsa, bu təklifi həvəslə müzakirə edərik”
# 15 aprel 2008 16:05 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “İsveçrə ənənəvi olaraq bütün dünyada insan hüquqlarına hörmətlə yanaşılmasını zəruri hesab edən ölkədir, buna görə də ölkəmiz bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük maraq göstərir”. Bu eksklüziv açıqlamanı APA-ya İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Pyer Helq verib. O, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin davam etdirilməsində maraqlı olduğunu bildirib: “Biz inanırıq ki, hamının maraqlarını qorumaq üçün hamını dinləmək vacibdir”. GUAM-ın kifayət qədər güclü və perspektivli təşkilat adlandıran Pyer Helq qurumun daim inkişaf etdiyini, gücləndiyini bildirib: “İsveçrə bu qurumda müşahidəçi statusu ilə iştiraka, yaxud GUAM formatında əməkdaşlığa dair hələlik rəsmi dəvət almayıb. Əgər belə bir dəvət olsa, təklifi çox həvəslə müzakirə edərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR