Bank Of Baku

Siyavuş Novruzov: “Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var”

Siyavuş Novruzov: “Azərbaycanda seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var”
# 15 aprel 2008 16:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Dünyanın heç bir yerində seçki kampaniyasının müddəti 90 gündən artıq deyil. Bir çox ölkələrdə seçki kampaniyası 60 günü əhatə edir”. Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Siyavuş Novruzov verib. Onun sözlərinə görə, Azərbaycanda da seçki kampaniyasının müddətinin azaldılmasına ehtiyac var və bununla bağlı YAP aidiyyəti qurumlara, beynəlxalq təşkilatlara təkliflər təqdim edib. Millət vəkilinin fikrincə, seçki kampaniyasının müddəti 120 gündən 60 günə endirilməli, namizədliyin irəli sürülməsi, imzatoplama, namizədliyin qeydə alınması, təbliğat və təşviqat kampaniyaları bu müddətdə həyata keçirilməlidir. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Milli Məclisə daxil olmuş qanun layihəsində seçki kampaniyasının müddətinin 90 günə endirilməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, S. Novruzov bundan xəbərsiz olduğunu deyib: “Mən Milli Məclisin dövlət və hüquq quruculuğu komissiyasının üzvü olmadığından layihədən xəbərim yoxdur. Amma belə bir təklif irəli sürüləcəksə, biz bunu dəstəkləyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR