Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: “Gələn həftə Azərbaycanda olacağam”

Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş: “Gələn həftə Azərbaycanda olacağam”
# 15 aprel 2008 16:28 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, azərbaycanlı parlamentar sorğusunda Ermənistanda keçirilən prezident seçkiləri zamanı işğal olunmuş Azərbaycan ərazilərində - Dağlıq Qarabağda, Laçın və Kəlbəcər rayonlarında da seçki məntəqələri yaradıldığını xatırladaraq bildirib ki, bununla da rəsmi İrəvan beynəlxalq hüquq normalarını növbəti dəfə pozmaqla yanaşı, münaqişənin dinc yolla nizamlanmasına dair Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əməl etmədiyini bir daha göstərib. O, Ermənistan rəhbərliyinin seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin sərt reaksiyasını gördükdən sonra diqqəti başqa istiqamətə yönəltmək üçün atəşkəs rejimini pozduğunu bildirib. Q. Paşayeva deyib ki, Ermənistan prezidentinin andiçməsindən dərhal sonra bu ölkə parlamentində keçirilən müzakirələrdə rəsmi İrəvanın münaqişənin ya Dağlıq Qarabağın müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi yolundan başqa heç bir həll yolu ilə razılaşmayacağı qeyd olunub. Bu isə Ermənistanın ölkələrin ərazi bütövlüyü kimi beynəlxalq hüquq prinsiplərinə, BMT-nin, AŞ PA-nın və digər beynəlxalq təşkilatların qətnamələrinə, AŞ qarşısında götürdüyü öhdəliyə məhəl qoymadığının daha bir sübutudur: “Bütün bunları nəzərə alaraq Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində deyil, əksinə, vəziyyəti daha da gərginləşdirmək istiqamətində addımları Nazirlər Komitəsinin sədri kimi sizi və rəhbərlik etdiyiniz qurumu narahat edirmi və onların qarşısının alınması istiqamətində hansı addımlar atmağı planlaşdırırsınız?”
AŞ Nazirlər Komitəsinin sədri Y. Kubiş sorğuya cavabında bildirib ki, Avropa Şurasına qəbul edilərkən həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə öhdəlik götürüblər: “Buna görə də hesab edirəm ki, hər iki ölkə Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına xələl gətirə biləcək bəyanatlardan boyun qaçırmalıdır. Çox ümid edirəm ki, bu danışıqlar prosesi sayəsində tezliklə Azərbaycan və Ermənistan arasında razılıq əldə ediləcək. Bu məqsədə çatmaq üçün Azərbaycan və Ermənistan xalqları arasında dialoq, qarşılıqlı anlaşma və etimad çox vacibdir. Təbii ki, buna yardım etmək ilk növbədə iki ölkə rəhbərliklərinin üzərinə düşən vəzifədir. Bizim edə biləcəyimiz köməyə gəldikdə, ötən il İsveç hökumətinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransı misal göstərə bilərəm. Mənim özüm də gələn həftə Azərbaycana olacağam və bu məsələ ilə bağlı müzakirələr aparacağam. Lazım gələrsə, ATƏT-də çalışdığım vaxt qazandığım təcrübədən istifadə edərək bu işə öz töhfəmi verə bilərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR