Bank Of Baku

Tomas Hammarberq: “Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır”

Tomas Hammarberq: “Qaçqın probleminin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır”
# 16 aprel 2008 07:59 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, komissar çıxışından sonra sualları cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva T. Hammarberqin Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulması haqda danışmadığını təəssüflə qeyd edib: “Yüz minlərlə insan öz yurduna qayıda bilmir. Cənab Hammarberq, siz hecə hesab edirsiniz, bu insanların hüquqlarını bərpası üçün nə etmək olar?” T. Hammarberq isə ötən ilin sentyabrında vəziyyəti öyrənmək üçün Azərbaycana səfər etdiyini və bu səfərdən sonra xüsusi hesabat hazırladığını xatırladıb: “Həmin hesabatda bütün lazımi tövsiyələr əksini tapıb. Biz qaçqın düşərgələrinə də baş çəkmişdik və qaçqın düşmüş şəxslərlə söhbət aparmışdıq. Hesabatda qeyd etdik ki, Azərbaycan hökuməti qaçqınların həyat şəraitini yaxşılaşdırmaq üçün son vaxtlar mühüm işlər görüb. Lakin hesab edirəm ki, bu məsələnin tam həlli Ermənistanla Azərbaycan arasındakı sülh razılaşmasından asılıdır. Ümid edirik ki, bizim hazırladığımız hesabatlar və sənədlər insanların pozulmuş hüquqlarının bərpasında hansısa rol oynayacaq. Minsk Qrupu çərçivəsində sülh razılığı əldə olunsa, bu problem birdəfəlik öz həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR