Bank Of Baku

GUAM Avropa Şurasının CODEXTER komitəsinin işində müşahidəsi kimi iştirak edib

GUAM Avropa Şurasının CODEXTER komitəsinin işində müşahidəsi kimi iştirak edib
# 16 aprel 2008 08:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. GUAM katibliyinin siyasi-hüquqi proqramlar üzrə koordinatoru Georgi Nazarov Avropa Şurasının terrorçuluğa dair ekspertlər komitəsinin (CODEXTER) 14-cü iclasında iştirak edib. APA-nın məlumatına görə, G. Nazarov iclasda GUAM ölkələrinin hüquq-mühafizə sahəsində əməkdaşlığı, GUAM-ın terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər ağır cinayətlərlə mübarizə üzrə virtual mərkəzinin fəaliyyəti haqqında təqdimat keçirib.
Qeyd edək ki, GEAM CODEXTER-in işində müşahidəçi qismində ilk dəfə iştirak edib. Bu status GUAM-a bu il fevralın 29-da verilib. CODEXTER-də Avropa Komissiyası, Avropa Birliyi Şurasının baş katibliyi, BMT, İnterpol, Avropol, ATƏT, Amerika Dövlətləri Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Kanada, Vatikan, Yaponiya, Meksika və ABŞ da müşahidəçi statusuna malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR