Bank Of Baku

İlqar Quliyev: “Açıq Cəmiyyət Partiyası və “Bakı-Zaman” qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur”

İlqar Quliyev: “Açıq Cəmiyyət Partiyası və “Bakı-Zaman” qəzeti binanı tərk etməlidir, başqa yol yoxdur”
# 16 aprel 2008 08:29 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Rəsul Quliyevin bacısı oğlu İlqar Quliyev deyib. Onun sözlərinə görə, həmin binadan istifadə etmək üçün Açıq Cəmiyyət Partiyası (ACP) və “Bakı-Zaman” qəzeti ilə müqavilə bağlanıb. Həmin müqavilədə isə iki ay əvvəldən xəbərdarlıq etməklə onların binadan çıxarılmasının mümkün olması barədə müddəa əksini tapıb: “Ötən ilin sentyabrından onlara xəbərdarlıq edilib ki, binanı boşaltsınlar. Akif Şahbazovla dəfələrlə danışmışam, məktublar yazılıb, amma çıxmırlar. Axırda məhkəməyə müraciət etməli olduq. Yenə də binadan çıxmayacaqlarını bildirirlər. Amma çıxacaqlar, başqa yolu yoxdur. Məhkəmənin qərarı var və qərar icra olunmalıdır. Nə qədər tez çıxsalar, bir o qədər yaxşıdır”. İ. Quliyev bəzi qəzetləri R. Quliyevin vəkili kimi çıxış etməkdə ittiham edib və binanın guya eks-spikerə məxsus olması barədə fikirlərin əsassız olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR