Terri Devis: “Siyasətlə məşğul olan adamın həbsdə olması onun siyasi məhbus olduğu anlamına gəlmir”
- Mən vəziyyət yaxından izləyirəm və artıq Azərbaycanda jurnalistlərin vəziyyətinə dair öz narahatlığımı bildirmişəm. Əlavə etmək istəyirəm ki, jurnalist olmaq faktı təbii ki, qanuna tabe olmamaq anlamına gəlmir. Jurnalist, siyasətçi və yaxud nazir olmasından asılı olmayaraq, heç kim qanundan üstün ola bilməz. Qanun isə öz növbəsində söz azadlığına əngəl törətmək üçün istifadə edilməməlidir. Bildiyiniz kimi, söz azadlığına Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təminat verilir və mən hər zaman söz azadlığını qətiyyətlə müdafiə edirəm. Amma söz azadlığının başqa bir tərəfi də var. Söz azadlığı kiməsə yalan danışmağa və ya hansısa düzgün olmayan fikir ifadə etməyə imkan vermir. Jurnalistlərin söz azadlığı hüququ olsa da, mən özüm şəxsən yalan danışan jurnalistləri tənqid edirəm. Yəni demək istəyirəm ki, jurnalisti yazısına görə tənqid etməklə qanunu əldə bayraq tutaraq söz azadlığından istifadə etmiş jurnalisti həbs etmək arasında böyük fərq var. Mən Azərbaycandakı vəziyyətlə bağlı həm açıq şəkildə, həm də özəl görüşlərimdə öz narahatlığımı hər dəfə ifadə etmişəm və bu məsələni izləməkdə davam edirəm.
- Sizcə, Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunmasına ehtiyac varmı?
- Bu, Avropa Şurası Parlament Assambleyasının səlahiyyətində olan məsələdir. Mən məruzəçi təyin etmirəm və belə şeyə ehtiyac duyulduqda ilk növbədə AŞ PA-ya müraciət olunur. Hesab edirəm ki, qurumun icra hakimiyyətinin digər strukturun, yəni AŞ PA-nın işinə qarışması hakimiyyətin balanslaşdırılması işinə zərər vura bilər. Həmçinin siyasi məhbus dedikdə, ilk növbədə bunun hansı anlam daşıdığını da bilməliyik. Tanınmış siyasi xadim belə qanundan üstün deyil və əgər bu şəxs cinayət əməli törədirsə, cəzasız qalmamalıdır. O, məhkəmə prosesinə cəlb oluna və lazım gələrsə, cəzalandırıla bilər. Yəni hər hansı siyasətlə məşğul olan adamın həbsdə olması, onun siyasi məhbus olduğu kimi dəyərləndirilməməlidir. Burada əsas məsələ həmin şəxsin hansı əməlinə görə həbs edilməsidir. Əgər o, siyasi motivlərə görə həbs edilirsə, o zaman onu siyasi məhbus adlandıra bilərik. Və təbii ki, hökumət də siyasətçiləri təqib və həbs etmək üçün qanunlardan sui-istifadə etməməlidir. Bir çox ölkələrdə hakimiyyət nümayəndələri bəzi ittihamlarla siyasətçiləri təqib edirlər. Yalnız ona görə ki, həmin siyasətçilərin mövqeyi onların xoşuna gəlmir. Çox vaxt belə ittihamlar irəli sürülsə də, onlar dəqiqləşmir. Əgər kimsə Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürürsə, o zaman bu ittihamlar dəqiqləşdirilməli və söhbətin hansı şəxsdən getdiyi konkret şəkildə göstərilməlidir. Ötən həftə bir nəfər mənə dedi ki, filan ölkədə siyasi məhbus var. Söhbət Azərbaycandan getmir. Mən də ona söylədim ki, siyasi məhbus dedikdə, kimi nəzərdə tutur və həmin şəxslərin adını konkret göstərsin. Əgər ümumi deyil, konkret ittiham və məlumatlar olsa, bu məsələlərə dair şəxsi anket aça bilərəm. Yəni mən belə məsələlərdə AŞ PA-da fərqli işləyirəm.
- Seçki Məcəlləsinə və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı rəsmi Bakı ilə Venesiya Komissiyası arasında keçirilmiş müzakirələri necə dəyərləndirirsiniz? Yekunlar Sizi qane edirmi?
- Hal-hazırda Venesiya Komissiyasının bu məsələ ilə bağlı yekun danışıqlara dair hesabatını və rəyini gözləyirəm. Hələlik bu hesabatı görməmişəm və indiki məqamda öz fikrimi bildirmək istəməzdim. Venesiya Komissiyası çox böyük beynəlxalq nüfuza malikdir və əgər bu qurum hər hansı qanunu tənqid edirsə, mən bu tənqidləri həmişə həmin ölkələrin rəhbərliklərinə çatdırıram. Unutmaq olmaz ki, Azərbaycan və yaxud digər dövlətlərin hakimiyyət dairələri Venesiya Komissiyasının tənqidlərini qəbul etməyə məcbur deyil. Amma onlar Venesiya Komissiyasının rəyini qəbul etmirlərsə, o zaman mən həmin hökuməti açıq şəkildə tənqid etdikdə, onların şikayətlənməyə hüququ olmayacaq. Təbii ki, mən Venesiya Komissiyasının tövsiyələrini qəbul etməyən hökumətə qarşı tənqidi bəyanatları birdən-birə irəli sürməyəcəyəm. Amma tənqid etməyə mənim səlahiyyətim çatır. Yəni söz azadlığı hüququ həmçinin Avropa Şurasının baş katibinə də şamil edilir.
- Azərbaycan prezident seçkilərinin ədalətli və demokratik keçiriləcəyinə inanırsınızmı?
- Hesab edirəm ki, hər kəs mənimlə razılaşar. Keçmişdə bir çox tənqidi məqamlar olsa da, hər dəfə vəziyyət yavaş-yavaş müsbətə doğru dəyişir və hələ də bu tendensiyanın davamı üçün münbit şərait var. Mən Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilə biləcəyinə əminəm, lakin növbəti seçkilərin azad və ədalətli keçiriləcəyini söyləmək üçün gözləmək lazımdır. Biz ingilislərin belə bir sözü var: “İnsanların deserti yeməsi onun dadlı olmasına dəlalət edir”. Əgər Avropa Şurası seçkilərin azad və demokratik keçirilməsində azərbaycanlıların hər hansı yardıma ehtiyac duyduqlarını hiss etsə, Avropa Şurası bunu etmək üçün səlahiyyətli çərçivəsində hər şey etməyə hazırdır. Deməliyəm ki, Azərbaycandakı vəziyyətə dair mənim də özümün xüsusi marağım var və əvvəllər də şəxsən Azərbaycan prezidenti İlham Əliyevə bu ölkə ilə bağlı öz şəxsi mülahizələrimi bildirmişəm. Prezidentin bu mülahizələri nəzərə aldığına əminəm. Məsələn, Venesiya Komissiyası ilk dəfə öz tövsiyələrini təqdim etdikdə, Azərbaycan hökuməti bunu qəbul etmək istəmirdi. Lakin mən prezident Əliyevlə söhbət etdikdən sonra hökumət rəsmilərinin bu məsələyə münasibəti dəyişdi. Buna çox sevinirəm. Azərbaycanda hələ də keçmişlə yaşayan bir çox insanlar var. Hesab edirəm ki, prezident Əliyev bizim ona və ölkəsinə yardım etmək istəyimizi çox gözəl anlayır və bilir ki, tövsiyələrimiz əslində yalnız tənqid üçün deyil, konstruktiv dialoq qurmaq üçündür. Bizim bu iradəmiz Avropa Şurası ilə Azərbaycan arasında dostluq münasibətlərindən qaynaqlanır. Bir məsələni xüsusi qeyd etmək istərdim. Məsələn, bir çox üzv ölkələrdə seçkilər keçirilən zaman AŞ PA-dan olan müşahidəçilər seçici siyahılarındakı qüsurları tənqid edirlər. Ədalətli, düzgün tərtib olunmuş və seçki hüququna malik hər bir şəxsə səs vermək hüququ verən seçicilər siyahısı azad və ədalətli seçkilərin keçirilməsində mühüm rol oynayır. Fikrimcə, heç bir hakimiyyət ədalətli sayıla biləcək seçki siyahılarını qısa müddət ərzində tərtib etməyə başlaya bilməz. Bu, azad və ədalətli seçkilərin keçirilməsi üçün çox mühüm əsasdır.
- Prezident seçkilərinə kimi Azərbaycana səfər edəcəyinizi söyləmişdiniz...
- Hələ səfərin tarixi dəqiqləşməyib. Azərbaycana səfər etməkdə olduqca maraqlıyam. Bildiyiniz kimi, bir neçə dəfə Azərbaycana səfər etmişəm. Gürcüstana, yoxsa Azərbaycana daha çox səfər etdiyimi dəqiq deyə bilmərəm. Yalnız onu dəqiq bilirəm ki, hər iki ölkəyə bir neçə səfərim olub. Digər ölkələrdən olan dostlarım bəzən şikayətlənir ki, Azərbaycan və Gürcüstana onların ölkəsindən daha çox səfər edirəm. Dəqiq tarix bəlli olmasa da, ən tez bir zamanda Azərbaycana gedəcəyimə həqiqətən də çox ümid edirəm. Təbii ki, işlərim çox olduğuna və digər ölkələrə səfər etməli olduğuma görə Azərbaycana istədiyim qədər gedə bilmirəm. Məndə Azərbaycana qarşı xüsusi maraq var, bu maraq Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv olmasına yardım etdiyim vaxtdan başlayır. Mən hər hansı ölkəyə səfər etməyimdən asılı olmayaraq, daxili siyasi proseslərə qarışmıram. Azərbaycanın da daxili siyasəti ilə bağlı ayrıca mövqe tutmuram.
Daxili siyasət
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Xəbər Lenti
Britaniyanın sabiq səhiyyə naziri Ues Stritinq müdafiə naziri təyin edilib
Əfqanıstanda şiddətli yağışlar nəticəsində 20 nəfər ölüb
İran ordusu Küveytdəki ABŞ bazasına raket zərbəsi endirdiyini açıqlayıb
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilir
HAMAS Qəzza və İordan çayının qərb sahili üçün liderlərini seçib
Leyboristlərin keçmiş lideri Ed Miliband xarici işlər naziri təyin edilib
Salyanda yol qəzasında ölənlərin sayı 4-ə çatıb, 3 nəfər xəsarət alıb- FOTO - VİDEO - YENİLƏNİB4
CENTCOM: ABŞ qüvvələri Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hücumlara başlayıb
2027-ci ildə baş tutacaq G20 sammiti Mançesterdə keçirilə bilər
Hili Böyük Britaniyanın yeni maliyyə naziri təyin edilib
Yevgeni Xmara Ukraynanın müdafiə naziri vəzifəsini icra etməyə başlayıb
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb
Zərdabda 3 yaşlı uşaq otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
BƏƏ sahilləri yaxınlığında daha bir gəminin vurulduğu bildirilir
ABŞ İranın dəniz blokadasını bərpa etdikdən sonra yeddi gəminin marşrutunu dəyişib
Fransanın iki diplomatı İranda saxlanılıb
Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib
İspaniyanın mükafatı bəlli olub
FİFA Argentina millisinin üzvləri ilə bağlı araşdırmaya başlayıb - VİDEO
Tramp: İran ABŞ əsgərini öldürərsə, əvəzini dəfələrlə ağır şəkildə ödəyəcək
ABŞ İranın Xomeyn şəhərində sənaye obyektinə zərbə endirib
Naftalanda Milli Mətbuat Günü qeyd olunub, APA-nın müxbiri təltif edilib
Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alan var
MN nümayəndə heyəti Türkiyədə Yaşar Gülerlə görüşüb
ABŞ Livanın cənubunda "pilot zona" əməliyyatlarının başladığını elan edib
Sosial şəbəkədə özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsi barədə məlumatlar saxtadır - BİRGƏ MƏLUMAT
Küveyt İranın raket və PUA-larının hücumuna məruz qaldığını bildirib
“Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində bu il 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiyaya cəlb olunub - FOTO
Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib
Expressbank 100 min manatadək lombard krediti təqdim edir
Baş Qərargah: Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsində qalır
Tarix heç nəyi unutmur - Afaq Məsud
İranda məscidin imamına hücum edilib
Dəmirdən və poladdan çubuqlar və armaturlaşdırılmamış şüşələr üçün əlavə gömrük yığımları müəyyənləşib
Reuters: Vasitəçilər İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edib
Qazaxda ata və qızı göldə boğulub
Britaniyanın yeni Baş naziri ilk xarici zənglərini kimlərə edəcəyini açıqlayıb
Qaradağda avtomobildən 19 800 manat oğurlanıb
Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz yolu ilə hərəkətə qadağa qoyublar
Qubernator: Ukrayna Belqorodda sərnişin avtobusunu dronla vurub, 5 nəfər ölüb, 23 nəfər yaralanıb
Naxçıvanda bu il 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəmələrə göndərilib
Almaniya Azərbaycana yeni səfir təyin edib
"Bir" və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Beynəlxalq axtarışda olan şəxs Serbiyada tutularaq Azərbaycana ekstradisiya edilib
Xalq rəssamı Arif Hüseynov Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxıb
Qanunsuz estetik əməliyyat aparmaqda təqsirləndirilən kosmetoloq cərimə olunub, cinayət işinə xitam verilib
HƏMAS-ın yeni lideri seçilib
"TuranBank"ın Gəncə filialı artıq yeni ünvanda