Bank Of Baku

Valeri Çeçelaşvili: “GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil”

Valeri Çeçelaşvili: “GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil”
# 16 aprel 2008 08:50 (UTC +04:00)
O, Rusiyanın GUAM ölkələri ərazisindəki münaqişələrin hamısında vasitəçi olduğunu bildirib: “Rusiya bu meydanda fəal oyunçudur və onun öz maraqları var. Ancaq GUAM Rusiya və ABŞ-ın geopolitik maraqlarının toqquşduğu məkan deyil. GUAM-ın sənədlərində Rusiyanın maraqlarına zidd olan bir sətir də yoxdur. Təşkilatın hər bir üzvü Rusiya ilə əməkdaşlıqda sərbəstdir, üstəlik, üzv ölkələrin bir sıra problemləri separatçılıq, mütəşəkkil cinayətkarlıq Rusiya ərazisində də var və qarşılıqlı əməkdaşlıq bu problemlərin həllinə yardımçı ola bilər”. V. Çeçelaşvili GUAM çərçivəsində həyata keçirilən bəzi layihələrin MDB çərçivəsində də gündəmə gəldiyini, amma yerinə yetirilmədiyini söyləyib: “Buna misal kimi azad ticarət zonasının yaradılması layihəsini göstərmək mümkündür”. Baş katibin sözlərinə görə, separatçılıq bəlasının qarşısı nə qədər tez və effektiv alınsa, həm GUAM ölkələri, həm də bütün region üçün o qədər yaxşı olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR