Bank Of Baku

Rusiyanın yeni prezidentinin inauqurasiya mərasimində Azərbaycanı təmsil edəcək şəxsin adı məlum olub

Rusiyanın yeni prezidentinin inauqurasiya mərasimində Azərbaycanı təmsil edəcək şəxsin adı məlum olub
# 18 aprel 2008 09:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevin inauqurasiya mərasimində xarici dövlətləri onların Moskvada akkreditə olunmuş səfirləri təmsil edəcəklər. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. İnauqurasiya mərasimi mayın 7-də Kremldə keçiriləcək. Prezidentin işlər idarəsinin rəhbəri Vladimir Kojin deyib ki, mərasim əvvəlki analoji tədbirlərdən fərqlənməyəcək: “Mərasimə hazırlıq demək olar ki, başa çatıb, prinsipial dəyişiklik edilməyib və yeni qaydalar tətbiq olunmayacaq”. Dmitri Medvedevin inauqurasiya mərasiminə 2 minə yaxın qonağın qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR