Bank Of Baku

Demokratik Seçki Mərkəzi 12 may mitinqinə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Demokratik Seçki Mərkəzi 12 may mitinqinə icazə almaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 18 aprel 2008 11:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) Sədrlər Şurasının toplantısı keçirilib. Təkamül Partiyasının sədri Teyyub Qəninin APA-ya verdiyi məlumata görə, yığıncaqda mayın 12-də mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi haqda qərar qəbul olunub. Meriyaya ünvanlanan məktubda mitinq üçün Milli Park, “Nərimanov” kinoteatrının qarşısı, Füzuli meydanı, Milli Elmlər Akademiyasının binasının qarşısı və Cəfər Cabbarlının heykəlinin ətrafı təklif edilib. Toplantıda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, DSM-ə daxil olan partiyaların prezident seçkisində iştirakına dair məsələlər ətrafında da müzakirələr aparılıb.
Qeyd edək ki, DSM-də Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR