Bank Of Baku

Müsavat Partiyası mayın 4-nə təyin etdiyi mitinqə qatılmaq üçün digər siyasi qüvvələrlə danışıq aparmayacaq

Müsavat Partiyası mayın 4-nə təyin etdiyi mitinqə qatılmaq üçün digər siyasi qüvvələrlə danışıq aparmayacaq
# 18 aprel 2008 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Müsavat Partiyası mayın 4-nə təyin etdiyi mitinqdə iştirak etmək üçün digər siyasi partiyalarla xüsusi danışıq aparmağa ehtiyac görmür. Həmişə olduğu kimi, bu dəfə də mitinqimi açıq elan etmişik və tələblərimizi dəstəkləyən istənilən siyasi qüvvə aksiyaya qatıla bilər”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, aksiya partiyanın təşəbbüsü ilə keçiriləcək və bu, Müsavatın seçkiöncəsi ilk aksiyası olacaq: “Seçki kampaniyasına artıq az vaxt qalıb Seçkilər ərəfəsində çox mitinq keçirəcəyik. Mayın 4-nə təyin olunmuş aksiya bizim seçki kampaniyamızın başlanğıcı kimi də dəyərləndirilə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR