Bank Of Baku

İranın Qərbi Azərbaycan vilayətinin Urmiya ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşacaq

İranın Qərbi Azərbaycan vilayətinin Urmiya ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşacaq
# 18 aprel 2008 12:02 (UTC +04:00)
Bakı.Ramil Məmmədli-APA. İranın Qərbi Azərbaycan vilayətinin Urmiya ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşacaq. Bu barədə APA-ya Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə vilayətinin rəhbəri Rəhim Qurbani Sumqayıta səfər edəcək. O bildirib ki, səfər zamanı Sumqayıtla Urmiya arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə dair razılaşmalar da aparılacaq. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev isə APA-ya açıqlamasında deyib ki, səfərin vaxtı aprelə təyin olunsa da, İran tərəfi bununla bağlı planlarını hələ açıqlamayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR