Bank Of Baku

BAXCP Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı yönələn addımlarını pisləyən bəyanat yayıb

BAXCP Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı yönələn addımlarını pisləyən bəyanat yayıb
# 18 aprel 2008 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı yönələn addımlarını pisləyən bəyanat yayıb. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Rusiyanın himayə etdiyi separatçı Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz hissələri olduğu bildirilib: “Rusiyanın yürütdüyü aqressiv siyasətə münasibətdə beynəlxalq birliyin loyallıq nümayiş etdirməsi təkcə postsovet məkanında deyil, Avropada, bütövlükdə isə dünyada neqativ proseslərin inkişafına yol aça bilər”. Partiya GUAM ölkələrini Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyə və Rusiyanın bu ölkəyə qarşı aqressiv siyasətini də pisləməyə çağırıb: “Beynəlxalq birlik Rusiyanın təhlükəli siyasətinin qarşısının alınması istiqamətində təxirəsalınmaz addımlar atmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR