Bank Of Baku

Gürcüstan Respublika Partiyasının lideri azərbaycanlı deputatlığa namizədin hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirib

Gürcüstan Respublika Partiyasının lideri azərbaycanlı deputatlığa namizədin hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirib
# 18 aprel 2008 15:11 (UTC +04:00)
Tiflis APA. Gürcüstan Respublika Partiyasının lideri David Usupaşvili partiyanın Qardabani seçki dairəsindən deputatlığa namizədi Əli Babayevin hüquqlarının pozulduğunu bildirib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, D. Usupaşvili keçirdiyi mətbuat konfransında hakimiyyət orqanlarının “Gürcüstan mənim vətənimdir” İctimai Birliyinin sədri Ə. Babayevin təbliğatla məşğul olmasına əngəl törətdiyini və ona hədə-qorxu gəldiyini deyib: “Babayev uzun illər ərzində Gürcüstan dövlətinin rifahı naminə göstərdiyi fəaliyyətlə tanınıb. O, etnik azərbaycanlıları ölkənin quruculuq işlərinə fəal surətdə cəlb etməyə çalışır”. D. Usupaşvili məhz bu xüsusiyyətlərinə görə Ə. Babayevin deputatlığa namizədliyini irəli sürdüklərini söyləyib: “Əgər onun fəaliyyətinə bundan sonra da maneçilik törədilsə, biz polisə müraciət edəcəyik. Bu işlərlə kimlərin məşğul olduğunu yaxşı bilirik”.
Ə. Babayev isə Gürcüstanda azərbaycanlılarla yanaşı, gürcülərin də hüquqlarının pozulduğunu vurğulayıb: “Mən onların hüquqlarının müdafiəsi və milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası üçün əlimdən gələni etməyə hazıram”.
Qeyd edək ki, mayın 21-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkidə 3 blok və 9 partiya iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR