Bank Of Baku

AMİP-in növbədənkənar qurultayı təxirə salınıb

AMİP-in növbədənkənar qurultayı təxirə salınıb
# 19 aprel 2008 07:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) aprelin 20-nə təyin etdiyi növbədənkənar qurultayını təxirə salıb. Bu barədə APA-ya partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, qurultayın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciətə mənfi cavab verildiyindən, Milli Təhlükəsizlik və Mədəniyyət və Turizm nazirliklərinə edilən müraciətlərə isə ümumiyyətlə cavab verilmədiyindən qurultayın keçirilməsi üçün yer problemi meydana çıxıb. Partiyanın öz hesabına özəl yerdə qurultay keçirmək cəhdləri isə baş tutmadığından ali toplantını qeyri-müəyyən vaxta kimi təxirə salınması qərara alınıb. Ə. Orucov istənilən halda prezident seçkilərinə start verilənə kimi qurultayın keçiriləcəyini qeyd edib: “Prezident seçkilərinə partiyanın sədri olmadan getməyi mümkünsüz sayırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR