Bank Of Baku

MDB-də milli koordinatorlar institutu yaranır

MDB-də milli koordinatorlar institutu yaranır
# 19 aprel 2008 08:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bu məsələ MDB-nin gələcək inkişafı Konsepsiyasının reallaşması üzrə əsas tədbirlər planı hazırlayan işçi qrupun aprelin 17-18-də Minskdə keçirilmiş iclasında müzakirə olunub. Bu vəzifənin baş nazir müavinləri, yaxud digər kifayət qədər səlahiyyətə malik vəzifəli şəxslərə həvalə edilməsi nəzərdə tutulur. Onlar öz ölkələrində MDB-də qəbul olunmuş sənədlərin icrasını, Birlik çərçivəsində əməkdaşlıqla bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini koordinasiya etməlidirlər. Milli koordinatorların hüquq və vəzifələri hər ölkənin öz qanunvericiliyi ilə müəyyənləşəcək. Milli koordinatorlar haqqında layihə gələcəkdə MDB dövlət başçıları Şurasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR