Bank Of Baku

Demokratik Seçki Mərkəzi mayın 12-də keçirəcəyi mitinqə digər partiyaları dəvət etməyin formasını hələ müəyyənləşdirməyib

Demokratik Seçki Mərkəzi mayın 12-də keçirəcəyi mitinqə digər partiyaları dəvət etməyin formasını hələ müəyyənləşdirməyib
# 19 aprel 2008 08:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Demokratik Seçki Mərkəzi atəşkəs rejiminin ləğvi ilə bağlı mayın 12-də keçirəcəyi mitinqə digər müxalifət partiyalarını dəvət etməyin formasını hələ müəyyənləşdirməyib”. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya deyib ki, Demokratik Seçki Mərkəzinin (DSM) növbəti toplantısında bu məsələ müzakirə olunacaq və müxalifət düşərgəsində təmsil olunan partiyalara dəvətin forması müəyyənləşdiriləcək. “Bu, rəsmi müraciət ola bilər, amma qeyri-rəsmi danışıqların aparılması da mümkündür. Əvvəlcədən qərarımız olub ki, heç bir partiyanı kənarda qoymayaq, YAP üzvlərinə də əlahiddə müraciətimiz olacaq”. M. Mirəlioğlu mitinqdə iştirak etmək üçün müraciət ediləcək partiyaların cavabının müsbət olacağına ümid etdiyini də söyləyib: “Mitinqə qatılmaq istəməyənlər olsa belə, təşəbbüsümüzdən geri çəkilməyəcəyik”. KXCP sədri mitinqin keçirilməsinə icazə verilməyəcəyi təqdirdə, buna uyğun addım atacaqlarını da bildirib.
Qeyd edək ki, DSM-in martın 28-də keçirilən Sədrlər Şurasının toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişindən narahatlıq bildirilib və mayın 12-də atəşkəs vəziyyətinin ləğvi ilə bağlı mitinqin keçirilməsinə dair qərar qəbul olunub.
DSM-də 9 partiya - Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR