Bank Of Baku

Azərbaycan Bolqarıstana GUAM-ın Avropa İttifaqında dostları təşəbbüsünə qoşulmağı təklif edib

Azərbaycan Bolqarıstana GUAM-ın Avropa İttifaqında dostları təşəbbüsünə qoşulmağı təklif edib
# 19 aprel 2008 10:19 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bolqarıstan rəsmisi Azərbaycan Milli Məclisi ilə sıx əlaqələrin olduğunu söyləyib, parlamentlərarası dostluq qrupunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. E. Məmmədyarov Ermənistanın işğalı və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi haqqında danışıb, Azərbaycanın Avropa və Avro-Atlantik inteqrasiya siyasəti haqqında məlumat verib.
Tərəflər yüksək rəsmilərinin qarşılıqlı səfərlərini də müzakirə ediblər.
Bundan başqa, E. Məmmədyarov Bolqarıstan baş nazirinin müavini, xarici işlər naziri İvaylo Kalfinlə də görüşüb. Bolqarıstanlı nazir siyasi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, enerji və nəqliyyat sahələrini prioritet kimi vurğulayıb. E. Məmmədyarov həmkarını Azərbaycana dəvət edib, qeyri-neft sektorunda - kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Azərbaycan rəsmisi, onu regional təhlükəsizlik üçün ən böyük təhlükə kimi qiymətləndirib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair Bolqarıstanın mövqeyinə görə təşəkkürünü bildirib. Nazir GUAM-ın Avropa İttifaqında dostları təşəbbüsünə Bolqarıstanın qoşulmasını təklif edib. İ. Kalfin Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq üçün imkanların olduğunu söyləyib, konkret layihələrin müzakirə olunmasını təklif edib.
Görüşdə, həmçinin NATO ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər regional sabitlik, beynəlxalq təhlükəsizlik, humanitar, iqtisadi və digər məsələləri də müzakirə ediblər. Sonda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr barəsində Memorandum imzalanıb, birgə mətbuat konfransı keçirilib. Bununla da, E. Məmmədyarovun səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR