Bank Of Baku

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının həmsədri dəyişdirilib

Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının həmsədri dəyişdirilib
# 21 aprel 2008 08:37 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyinin sərhədlərin delimitasiyası şöbəsindən APA-ya verilən məlumata görə, Aleksandr Yakovenko artıq Rusiyanın Əlcəzairdə baş konsulu vəzifəsinə təyin olunub və yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq. Komissiyaya hələlik yeni həmsədr təyin olunmayıb, bu vəzifəyə təyinatın gələn ay veriləcəyi gözlənilir. Bu səbəbdən Azərbaycan-Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının növbəti iclası yaxın tarixə təxirə salınıb, amma ekspertlər səviyyəsində delimitasiya prosesi davam etdiriləcək. Qeyd edək ki, adı çəkilən komissiyaya Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edir. Komissiyanın son iclası bu ilin yanvarında Moskvada keçirilib. Hazırda Azərbaycan-Rusiya sərhədlərinin 95 faizi razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR