Bank Of Baku

Aprelin sonunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin I konfransı keçiriləcək

Aprelin sonunda Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin I konfransı keçiriləcək
# 21 aprel 2008 08:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Aprelin 30-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin I konfransı keçiriləcək. DAK Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Almaniyanın Köln şəhərində keçiriləcək DAK-ın X qurultayına ayrılan 50 yer üzrə nümayəndələr seçiləcək. Konfransda həmçinin Azərbaycan diaspora təşkilatlarının, ölkədə fəaliyyət göstərən türkdilli dövlətlərin səfirliklərinin nümayəndələri də iştirak edəcək. Qeyd edək ki, 2008-ci il martın 4-də DAK İdarə Heyətinin poltak vasitəsilə toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən çıxarılıb və bu vəzifənin icrası qurum sədrinin birinci müavini Sabir Rüstəmxanlıya tapşırılıb. Hazırda Qulamrza Təbrizi və Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçirməyə hazırlaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR